ƏLA Kart


Ən Lazımi Anda - ƏLA kart yanında!

ƏLA şöbəmizdə yalnız şəxsiyyət vəsiqəsi ilə dərhal ƏLA kartınızı alın, ehtiyac duyduğunuz anda 8937 nömrəsinə SMS göndərib krediti sifariş edin, pul kartınıza köçürüləcək.

ƏLA kart nədİr?

ƏLA kart - dərhal hazırlanan və nağd kreditin əldə edilməsi üçün istifadə olunan VISA kartıdır. Üstəlik, kart debet rejimində də istifadə oluna bilər, yəni Siz kartınıza vəsait yatırıb onu alış-veriş, online ödənişlər və nağd vəsaitin çıxarılması üçün istifadə edə bilərsiniz¹.

ƏLA kartın şərtlərİ


Kartın İstİfadə müddətİ 6 il
Kartın İllİk xİdmət haqqı 10 ABŞ dollarının ekvivalenti (əmək haqqını və ya pensiyanı ABB-nin kartları ilə alan müştərilər üçün kart pulsuzdur)
Kartın valyutası manat

ƏLA kartı necə əldə etmək olar?

ƏLA kartı bir neçə dəqiqə ərzində ƏLA şöbəmizdə (ünvan: Bakı şəhəri, Fəvvarələr meydanı, T. Əliyarbəyov, 9) unikal ƏLAmatik avadanlığı vasitəsilə və ya “ABB24” filialımızda (ünvan: Bakı şəhəri, Nizami, 68) rahatlıqla əldə edə bilərsiniz. Kartı almaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim edib, ərizə və müqaviləni imzalamaq kifayətdir.

ƏLA kart vasİtəsİlə kredİtİ necə əldə etmək olar?

Əmək haqqı və ya pensiyanızı ABB-nin kartı vasitəsilə alırsınızsa, ƏLA kartınız vasitəsilə ən qısa zamanda nağd kredit ala bilərsiniz. Kredit 2 növ ola bilər: anında kredit və ya maksimal kredit.

Anında kredit:

Kredit məbləği əmək haqqınızın və ya pensiyanızın məbləğinin 2 mislinə bərabərdir (maksimum - 1000 manat).

Anında krediti almaq üçün:
  • ELA sözünü və İD nömrənizi (ƏLA kartınızın 7 rəqəmli kodunu) eyni anda (misal: ELA0000001) 8937 qısa nömrəsinə göndərin².
  • Mesaj göndərildikdən sonra, Sizə ayrıla biləcək maksimum kredit məbləğini əks etdirən SMS bank tərəfindən göndəriləcək.
  • SMS-ə cavab olaraq, istədiyiniz kredit məbləğini rəqəmlə 8937 qısa nömrəsinə göndərin. Göndərdiyiniz məbləğ bankın təklif etdiyi maksimal məbləğdən yuxarı olmamalıdır.
  • 24 saat ərzində ayrılmış kredit məbləği, aylıq ödəniş məbləği və tarixi haqqında məlumat Sizə SMS vasitəsilə göndərilir.
  • Kreditin məbləği ƏLA kartınıza köçürülür.

Maksİmal kredİt:

kredit məbləği 15 000 manat-a qədər təşkil edə bilər.

Maksimal krediti almaq üçün:
  • ELA İD nömrənizi (ƏLA kartınızın 7 rəqəmli kodunu, misal: 0000001) 8937 qısa nömrəsinə göndərin.
  • Mesaj göndərildikdən sonra, Sizə ayrıla biləcək kreditin maksimal məbləğini əks etdirən SMS bank tərəfindən göndəriləcək.
  • SMS-ə cavab olaraq, istədiyiniz kredit məbləğini rəqəmlə 8937 qısa nömrəsinə göndərin. Göndərdiyiniz məbləğ bankın təklif etdiyi maksimal məbləğdən yuxarı olmamalıdır.
  • 48 saat ərzində ayrılmış kredit məbləği, aylıq ödəniş məbləği və tarixi haqqında məlumat Sizə SMS vasitəsilə göndərilir.
  • Kreditin məbləği ƏLA kartınıza köçürülür.

Kredİtdən necə İstİfadə etmək olar?

Ayrılmış kredit məbləği ABB-nin bankomatlarında nağdlaşdırıla və ya nağdsız ödənişlər həyata keçirmək məqsədi ilə istifadə oluna bilər. Kredit vəsaitinin istifadə tarixindən asılı olmayaraq vəsait ayrıldığı gündən etibarən tam istifadə edilmiş hesab olunur.

Kredİtİ necə ödəmək mümkündür?

Kredit üzrə aylıq ödəniş məbləğləri avtomatik olaraq əmək haqqı və ya pensiya kartınızdan tutulacaq.

Kredİtİn şərtlərİ və komİsyon haqları

Nağdlaşdırmaya görə komisyon haqları: kreditin nağdlaşdırılması zamanı Azərbaycan Beynəlxalq Bankının bankomatlarında 1% (minimum 1 ABŞ dolları ekvivalenti), digər banklara məxsus bankomatlarda 1,5% (minimum 3,5 ABŞ dolları ekvivalenti) komissiya haqqı tutulur. Nağdsız əməliyyatlar zamanı heç bir komisyon haqqı tutulmur.
Ödənİş növü aylıq annuitet
Kredİtİn maksİmal müddətİ 24 ay
Faİz dərəcəsİ 29%