ƏLA köçürmə


Yaxınlarınıza 5 dəqiqə ərzində pul köçürməyin əla yolu – ƏLA köçürmə!

ƏLA şöbəmizdə ƏLAmatik vasitəsilə nağd vəsaiti göndərin, yaxınlarınız onu Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatından dərhal alsın.

ƏLA köçürmənİn üstünlüklərİ hansılardır?

  • Kart sahibi olmaq mütləq deyil, həm vəsaiti göndərən, həm də vəsaiti alan şəxs əməliyyatı kartsız apara bilər
  • Günün istənilən vaxtı nağd pul vəsaitinin köçürülməsi və alınması imkanı

Köçürmənİ necə aparmaq olar?

  • Köçürməni ƏLA şöbəmizdə (ünvan: Bakı şəhəri, Fəvvarələr meydanı, T. Əliyarbəyov küçəsi, 9) unikal ƏLAmatik avadanlığı vasitəsilə apara bilərsiniz. Bunun üçün şəxsiyyətinizi təsdiq edən sənədin təqdim edilməsi kifayətdir.
  • Əməliyyat nəticəsində xüsusi kod formalaşır. Kod göndərən şəxsə təqdim olunur. Göndərən şəxs isə kodu köçürməni alan şəxsə bildirir.
  • Nağd pulu almaq üçün köçürməni alan şəxs kodu bankomatın ekranında daxil etməlidir. Kod 24 saat ərzində aktiv olur.

Köçürülmüş vəsaİtİ necə almaq olar?

  • Köçürmə məbləğini almaq üçün Azərbaycan Beynəlxalq Bankının istənilən bankomatına yaxınlaşıb onun ekranındakı sağ yuxarı düyməni basın və açılan menyuda “Cash by Code” bəndini seçin.
  • Açılan pəncərədə Sizə pul göndərən şəxsin bildirdiyi kodu daxil edin. Əməliyyatın təsdiqlənməsi üçün menyunun müvafiq pəncərələrində gözlənilən pul köçürməsinin valyutasını seçin və məbləği daxil edin. Göstərilən bütün məlumatlar (kod, valyuta və köçürmə məbləği) düzgün olarsa, bankomatdan müvafiq pul məbləğini ala bilərsiz.

ƏLA köçürmənİn şərtlərİ:

  • Pul köçürmələri yalnız manatla aparıla bilər
  • Göndərilən vəsait bir əməliyyat ilə tam məbləğlə və manatla alınmalıdır
  •    *Göndərilən vəsait 24 saat ərzində alan müştəri tərəfindən alınmadıqda, vəsaiti göndərən müştəri əməliyyatın əsas məbləğini yalnız ƏLA şöbəyə yaxınlaşıb geri ala bilər, lakin köçürməyə görə tutulan komisyon haqqı geri qaytarılmır

Köçürmənİn məbləğİ
Köçürmənİn komİsyon haqqı
10 – 250
3
251 – 340
4
341 – 430
5
431 – 520
6
521 – 600
7
601 – 690
8
691 – 780
9
781 – 860
10
861 – 950
11
   951 – 1000
 12